(Müasir dövrümüzdə insan ağlına və zəkasına böyük ehtiyac vardır)
İnsanın öz cahilliyini etiraf etməsi onun ağıllı olduğunu göstərir.
Ağıllı adam günahlardan uzaqlaşan və qürurlardan təmizlənən adamdır.
Susanda düşünən, danışanda zikr edən və baxanda ibrət alan adam ağıllıdır.
Ən gözəl bəzək, ən
üstün məziyyət elmdir.
İnsanın üstünlüyü ağılla mümkündür.
Ağıl iti bir qılıncdır.
Ağıl bəyənilməyə layiq olan dostdur.
Ən ağıllı insan ağıl sahiblərinin yolu ilə gedəndir.
Ağıl sahibi sabahını düşünən, öz azadlığı uğrunda mübarizə aparan və zəruri olan şeyləri yerinə yetirən adamdır.
Ağıllı adamın zənginliyi elmində və əməlindədir.
Allahın ən gözəl hədiyyəsi ağıldır.
Ağıllı insanı fikri xilas edər.
Ağıllı bir adamın düşmənçiliyi cahil birisinin dostluğundan daha xeyirlidir.
Hər kəsin dəyəri öz ağılı ilə ölçülür.
Ədəb ağılla birgə olanda faydalıdır.
Düşüncə ağıl sahiblərinin bağçasıdır.
Ağıllı olmaq kimi varlılıq, cəhalət kimi fəqirlik, ədəb kimi gözəl miras, xətiblik kimi yardım yoxdur. Yaxşı işlənmiş bir iş yaxşının özündən daha yaxşıdır. Pis görülmüş bir şey pisdən daha pisdir.
Alimə yaraşar ucalıq, mərdlik,
Allahın yolunda göstərmək tədbir.
Elmsiz adamdan uzaqda dayan,
Cahillik ölümdür, bunu bil, oyan
Yaraşır alimə ucalıq mərdlik,
Allahın yolunu göstərir bilik.
Cahildən uzaq ol, dost olma əsla,
Alimi ölümə nadan aparar.
Topladı: Fərman ƏZİZLİ,
Respublikanın əməkdar müəllimi.